“Xilasetmə qrupları qəzanın baş verən əraziyə çatıb”.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İran Prezidentinin daşıyan vertolyot Varzeqan ictimai ərazisində “sərt eniş” qəzası keçirməsi ilə bağlı İRNA yayıb.
Məlumata görə, təxminən bir saat qəzadan sonra xilasetmə qrupları elan edilən yerə gəlib və axtarışlara başlanılıb.
Əraziyə 20 xilasetmə qrupu və pilotsuz uçan aparat göndərilib, lakin ərazinin keçilməz olması, dağlıq və meşə şəraiti, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı vaxt aparacaq.
16:57
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib. Report