Bu gün 150 İŞİD-çi ailəsi Suriyadakı əl-Hul düşərgəsini tərk edərək İraqın Mosul şəhərindəki düşərgəyə köçürüləcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Twitter”də İraq parlamentinin üzvü Şirvan əl-Bərdani məlumat yayıb.
Onlar “əl-Cəda” düşərgəsində yerləşdiriləcək. Köçürülənlər sayı 800-ə yaxın olan dul qadın və onların uşaqlarıdır.
Hazırda əl-Hul düşərgəsində əksəriyyəti uşaq və qadın olmaqla, 70 minə yaxın insan yaşayır. Onların təxminən yarısının iraqlı olduğu bildirilir. Yerdə qalan 53 ölkədən 40 minə yaxın İŞİD-çi qadın və uşaqdır.//Yenisabah

Onların çoxunu elə düşərgədə saxlasalar yaxşı olar. Çünki artıq təfəkkürü mürtəce dini ideyalarla doludur və hara getsələr orda öz ideyalarını təbliğ edəcəklər