İsrail ordusu Qəzza zolağında yerləşən Müqəddəs Ailə kilsəsinə hava zərbəsi endirib.
KONKRET.az xəbər verir ki, hücum nəticəsində iki mülki şəxs həlak olub, kilsənin keşişi isə yaralanıb. Bu barədə ANSA agentliyi Qüdsün Latın Patriarxatına istinadla məlumat yayıb.
İsrail Xarici İşlər Nazirliyi kilsənin hücumun hədəfi olduğunu inkar edib. Rəsmi açıqlamada bildirilir ki, İsrail dini obyektlərə zərbə endirmir və dəymiş ziyana görə təəssüf hissi keçirir.
Hadisənin detalları araşdırılır.
Natiq Səlim,
KONKRET.az