İsraildən Livana və dünyaya SƏRT MESAJ: “Buna imkan verməyəcəyik, çünki…”backend

İsraildən Livana və dünyaya SƏRT MESAJ: "Buna imkan verməyəcəyik, çünki..."

İsrail hərbçiləri Livanın cənubunda radikal “Hizbullah” təşkilatının obyektlərinə yeni silsilə zərbələr endirib. Maraqlıdır, bu əməliyyat onsuz da gərgin olan İsrail-Hizbullah münasibətlərinə necə təsir göstərə bilər?

Mövzunu KONKRET.az-a politoloq Polad Mehdiyev şərh edib:

Polad Mehdiyev: 'Bu kimi səfərlər milli həmrəyliyin möhkəmləndirilməsinə  xidmət edir'

“İsrailin Livanın cənubuna endirdiyi son hava zərbələri bölgədə gərginliyi bir qədər də artırıb. İsrail Hərbi Hava Qüvvələri Hizbullahın əsas əməliyyatçılarından birini, “Al-Munim Musa Sveidanı hədəf alaraq öldürdüyünü açıqlayıb. Bununla yanaşı, BMT-nin UNIFIL sülhməramlılarının təhlükə ilə üzləşməsi vəziyyəti daha da kəskinləşdirib. İsrailin bu addımlarının əsas məqsədi Hizbullahın hərbi mövqelərini zəiflətmək və onun sərhəddə güclənməsinin qarşısını almaqdır. Təl-Əviv beləliklə həm Livan hökumətinə, həm də beynəlxalq ictimaiyyətə mesaj verir ki, sərhədlərində “ikinci cəbhə”yə yol verməyəcək. Bu hadisələr İsrail-Hizbullah münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər. Əgər Hizbullah sərt cavab addımları atarsa, qarşıdurma daha da dərinləşəcək. Əks halda, tərəflər məhdud, lakin davamlı qarşılıqlı zərbələrlə “kontrollu gərginlik” mərhələsinə daxil ola bilərlər. Nəticə etibarilə, bölgədə vəziyyət daha da həssaslaşıb və hər iki tərəfin növbəti addımları Livan–İsrail sərhədində sabitliyin taleyini müəyyən edəcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*