“İsrailin Qüds və Yəhudi İrsi üzrə Naziri Amichai Eliyahunun Qəzza zolağının sakinlərinə qarşı nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı bəyanatı təxribat xarakterlidir və qəbuledilməzdir”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovan deyib.
O bildirib ki, belə bəyanatlar İsraildə sözügedən silahın olduğunu təsdiqləməklə yanaşı, həm də onlardan qeyri-adekvat ssenarilərdə istifadənin mümkünlüyünü ortaya qoyur.
“İsrailin nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı bəyanatı ciddi şəkildə nəzərdən keçirilməidir. Yaxın Şərqdə kütləvi qırğın silahlarından azad zonanın yaradılması məsələsi getdikcə aktuallaşır”, – deyə Zaxarova əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
