İyul və avqust ayları üçün 190 manat kimə verilə bilər? – AÇIQLAMAbackend

İyul və avqust ayları üçün 190 manat kimə verilə bilər? - AÇIQLAMA

13 şəhər və rayonda şərh karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Sərt katantin rejiminə görə bir çox müəssisələrin fəaliyyəti dayandırılıb. Aprel-may ayında bütün bölgələr üzrə 190 manat bir dəfəlik müavinət verilsə də iyun ayında yalnız sərt karantin rejimi tətbiq edilən rayonlarda qeydiyyatda olanlara verildi. Qeyd edək ki, elə insanlar var ki, sərt karantin rejimi tətbiq edilməyən rayonda qeydiyyatda olsa da, Bakıda yaşayır və işsizdir. Avqust ayında 190 manat birdəfəlik müavinət Bakıda yaşayan digər rayon qeydiyyatında olan şəxslərə verilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Əli Məsimli bildirib ki, İqtisadiyyat Nazirliyi sahibkarlar arasında sosioloji sorğular aparıb və pandemiyanın təsirinə məruz qalan sahibkarların düşdüyü vəziyyəti öyrənib:

“Güman edirik ki, həmin sosioloji sorğuların nəticələri sahibkarlara dövlət dəstəyinin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bu baxımdan həmin sorğuları təqdir edirik və nəticələrə müsbət təsir edəcəyini arzulayırıq. Bu üsulu 190 manatla bağlı yardım ətrafında yaranan vəziyyətə də şamil etmək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 190 manatla bağlı şikayətlər araşdırılır. Həmin araşdırmalarla yanaşı təklif edirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də işsizlər, eləcə də pandemiya nəticəsində işlərini itirənlər, digər aztəminatlı təbəqələr arasında sosioloji sorğular keçirsin. Onda məlum olacaq ki, günəmuzd işləyənlər, iş yerləri bağlandığından işlərini itirənlər və digər aztəminatlılar nə vəziyyətdədir”.

Deputat qeyd edib ki, 190 manatlıq yardım əvvəlcə 200 min nəfər üçün nəzərdə tutulsa da, sonradan say 600 min nəfərə çatdırıldı və bu məqsədlə 229 milyon manat xərclənildi:

“Sonra iyun ayı üçün 190 manatlıq müavinət təqribən 300 min nəfərə yaxın adama tətbiq edildi və bu məqsədlə 55 milyon manat, aprel-may-iyun aylarıda isə imkansızlara 190 manat verilməsi üçün ümumi 284 milyon manat pul paylanıldı. Bu, pandemiyaya qarşı mübarizə üçün nəzərdə tutulan 3,5 milyard manatlıq paketlərin ümumi məbləğinin cəmi 8 faizi qədərdir. Hesab edirik ki, əgər sərt karantin rejimi ilə “evdə qal prinsipi” tətbiq olunmaqda davam edirsə, imkansız vəziyyətə düşən insanlara iyul və avqust ayları üçün də 190 manatın verilməsi davam etdirilməlidir. Eyni zamanda heç bir səbəb olmadan aprel ayından sonra növbəti aylarda 190 manat almağa hüququ çatsa da, almayan insanların məsələsinə yenidən baxılıb, kompensasiya ilə təmin olunmalıdır”.

Əli Məsimli vurğulayıb ki, kartlarına 190 manat köçürülsə də, həmin pulu vaxtında çıxarmayan insanların da kartının blokdan açılmasını zəruri hesab edirik:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə xeyirxah addım atmaq niyyətindədir. Bloklanmış kartlar problemi nə qədər tez həll olunsa, Nazirliyin imici üçün bir o qədər yaxşı olar. İndi işlərini itirib rayona gedə bilməyənlər hesabına işsizlərin xeyli hissəsi Bakıda cəmləşib. Eyni zamanda vətəndaş10-15 il faktiki olaraq Bakıda yaşayır və aprel-may aylarında 190 manat alsa da, sonradan sərt karantin rejimi regional kəsimdə tətbiq ediləndə həmin yardım kəsilib.Bu məsləyə də aydınlıq gətirilsə, yaxşı olar”.

Nərgiz Mirzəyeva

KONKRET.az

  • Asif
    Avqust 5, 2020 - 16:45

    190 manatlar iyul ayinda verilecek

    • Samiq
      Avqust 6, 2020 - 12:18

      Salam asif mellim men samiq ilyasov namiq oğlu 190 manat yardımı men heç birini ala bilmemişəm qeydiyyatdan keçe bilmədiyim uçun xaiş menə köməylik göstərin

  • Samiq
    Avqust 6, 2020 - 11:52

    Salam men siyəzən rayon sakini ilyasov samiq namiq oğluyam mene duşen 190 manatı ala bilməmişəm heç bir aylarda qeydiyattdan keçmemşem bilməmişəm xaiş mənə köməylik göstərin

  • səbinə
    Avqust 6, 2020 - 14:22

    saLam Asif müəLLim. Mən Füzüli rayonu qaçqınıyam özüm bakı şəhərində kirayə qaLıram 190manat birdəfəlik ödəməni 2 ay aldım,iyun ayı üçün birdəfəlik ödəmə verilmədi bunu biLməy isdiyirəm xahiş edirəm müraciətimi nəzərə alasız

  • Arif
    Avqust 6, 2020 - 17:40

    Salam adım arifdi mən 190 manat Lmisam ama avqust ayında verilmiyib mən isdediyim iş yeri bağlanıb resdarana isdeyirem evde qal deyilər necə qalag mən ayliyem mesuluga gedirəm deyir qarantine görə bağlıdı sizdə 190 manatı 3 ayda 1 dəfə verirsiz sadəcə sizə bir sualım var bir qızım var 180 manat kvartirant qalıram hecyerde isdemirem aylemi dolandırmağa nəyinki gücüm uje aylem isyoxdu deyə saxlamağa imkanım yoxdu deyə dağılıb 190 manatı sizcə bir ayle dolana bilər kvartirant verim evi doandirim hansını edimm

    • Vasif
      Avqust 13, 2020 - 05:23

      Iyul ayi hele verilmeyib siz artiq avqust ayini sorusursunuz.Birez diqqetli olun

  • Sevinc mustafayeva
    Avqust 6, 2020 - 18:17

    Salam. Ozum qacginam vəsiqədə agdama qeydiyyatdayam amma faktiki yaşayiş yerim bakifi 2 ayi aldim iyun da ala bilmədim xahiş edirəm nəzərə alasiz. Avqust ayinda ala bilmək ucun nə edim

    • Gunduz
      Avqust 13, 2020 - 05:25

      Hec ne.Agdamlilar qacqin pulu aldigina gore size artiq duşmur yeqin ki

  • Aysel
    Avqust 7, 2020 - 13:01

    Salam men qebele vetandawiyam amma 15 ildi bakide yawayiram 4 uwagim var tek anayam menede 190 verilsin

  • Aysel.Eliyeva
    Avqust 7, 2020 - 13:03

    Salam men qebele vetandawiyam amma 15 ildi bakide yawayiram 4 uwagim var tek anayam menede 190 verilsin

  • Ramil
    Avqust 7, 2020 - 14:45

    Salam men satllı rayonu qaralar kendi 2 ay 190 manat verdiler sonra kesdiler ne bir yerden gelir yoxdu ne sosiyalda vermiler biz hara muraciyet edek yardım alaq

  • Rüstəm tagiyev
    Avqust 7, 2020 - 18:16

    Salam mən Ağdam qacqiniyam kirada yawayiram qeydiyatdan kecmiwem məne mesaj geldiki muavinat aldığınız ucun size 190 mamat verilmir hansı muavinat alıram çörək pulu deyirsiniz 33 manat alıram iw yerləri bağlanıb fəhlə iwdəyirdim qarantine görəm 21 nəfəri işdən çıxartdılar indi oturmuşam evdə iwde yoxdu hər yere müraciyət elemiwem deyiler qarantine bitsin gələrsən indi ne yeyək uwaqa nə verim yesin

  • Cemil
    Avqust 7, 2020 - 22:41

    Salam men hec sosiyal yardim almamisam sirketde adim gedirdi deye indi o sirketde istemirem isimi itirmisem karantin icazesini olmadiqna gore islemirem yoldasim xesdedi imkan yoxdur xais edirem komey edesiz

səbinə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*