Sosial şəbəkələrdə vəfat etmiş şəxslərin kredit borclarının onların ailə üzvləri tərəfindən ödənilməsi məsələsi geniş müzakirə doğurub.
KONKRET.az xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli bu prosesin hüquqi tərəflərinə aydınlıq gətirib.
Ekspert bildirir ki, qanunvericiliyə əsasən, miras və borc vahid kompleks kimi nəzərdə tutulur. Bu o deməkdir ki, vəfat edən şəxsin varisi mirası qəbul edərsə, avtomatik olaraq onun borc öhdəliklərini də öz üzərinə götürmüş sayılır. Əgər varis mirasdan imtina edərsə, bu halda borc öhdəliyi də ona keçmir.
Miras qəbul edildikdən sonra kreditin ödənilməsi ilə bağlı bəzən qrafikin yenidən strukturlaşdırılmasına ehtiyac yaranır. X.Kərimli qeyd edir ki, bu zaman banklar artıq yeni borcalanın – yəni varisin gəlirlərini qiymətləndirərək müvafiq qərar verirlər.
Ekspert vətəndaşlara ailə üzvlərinə əlavə yük yaratmamaq üçün kredit götürərkən həyat sığortasından istifadə etməyi tövsiyə edir. Həyat sığortası mövcud olduqda, borcalan vəfat etdikdə kredit öhdəliyi sığorta şirkəti tərəfindən qarşılanır.

Yaxşı bes ,pensiya kapitalı yigilir ölen pensiyaya cixa bilmir,hemin kapitali niye varise vermirlər?izleri yeyirler,borcda dövlətə catacag,pulda?
Nə vaxt pensiya kapitalı varisə veriləcək?
Herkesi maraqlandiran suala adiyyatı qurumlar cavab vermir borc varise keçir ancaq pensiya kapitalı yığıb məsəlçün 50azn pensiyaya cixmamiş rəhmətə gedəndə o pul varise çatmır o necə olur
Mən 700 manat atamın maaşından qalan pulu almışam varis kimi. İndi bank 11 min borcu tələb edir məndən nə etməliyəm. 700 manat miras payı qalıb mənə niyə 11 mini ödəməliyəm