Jurnalist, media üzrə tanınmış mütəxəssis Ellada Mustafayeva vəfat edib.
KONKRET.az xəbər verir ki, o, bu gecə 34 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, E.Mustafayeva uzun illər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. Son illərdə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Elektron Təhlükəsizlik Xidmətində çalışıb.
