Keçmiş həyat yoldaşını qətlə yetirib, intihara cəhd edən şəxs xəstəxanada öldübackend

Keçmiş həyat yoldaşını qətlə yetirib, intihara cəhd edən şəxs xəstəxanada öldü

Cəlilabad rayonunda keçmiş həyat yoldaşını qətlə yetirib, intihara cəhd edən 1987-ci il təvəllüdlü Elxan Əmanov xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, fevralın 6-da Cəlilabad rayonu Muğan kəndində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O, xəstəxanaya yerləşdirilmişdi.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*