“Kərimi tanımıram, amma xanımını yaxşı tanıyırdım” – Xalq artisti sirləri açdıbackend

“Kərimi tanımıram, amma xanımını yaxşı tanıyırdım” - Xalq artisti sirləri açdı

Müğənni Kərim Abbasov toyda döyülüb. 

Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərinin birində baş verib. Sənətçi qatıldığı toy şənliyində hücuma məruz qalıb. 

İddialara görə, müğənni Kərim mahnıları fonoqram ifa etdiyi üçün bu, məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bildirib ki, bu cür problemlərin yaranmasında günahkar məhz toy sahibləridir:

“Bu məsələdə günah məhz toy məclisinə həmin müğənniləri dəvət edən şəxslərdədir. İkinci günah isə telekanallardadır. Bu gün Azərbaycanda kimin səsi yoxdursa, ailədə həyat tərzi pozulubsa, mənəviyyatı yerində deyilsə, əlinə bir mikrofon qapıb qaçır səsyazma studiyalarına, orada müxtəlif yollarla səsini yazdırıb, mahnı çıxarıb sonra da efirlərə çıxır.

Aranjemançılara səslənmək lazımdır ki, sənətlə məşğul olsunlar! Küçə adamlarının, avaraların səsini exo ilə, “autotone”la camaata sırıyırlar.

Yerli telekelanalları nə qədər tənqid etmək olar?! İllərdir danışırıq, xeyri yoxdur. Nə qədər eyni səhvləri etmək olar axı?!

Məgər Azərbaycan incəsənətində savadlı, mədəni, mənəviyyatdan xəbəri olan şəxslər yoxdur ki, çıxıb 1 saat efirdə olsunlar?! Efirə çıxanlar meymunluqla məşğuldurlar. Ancaq ora-buralarını açıb rəqs edir, boş, mənasız məişət söhbətləri edirlər.

Vətəndaşlarda da günah çoxdur. Kəndli gedib danasını, qoyununu satır ki, filan telekanala çıxan müğənnini övladımın toyuna gətirəcəyəm. Bu, dəhşətdir! İnsanlar “kəntoş”, mağara düşüncəsindən çıxa bilmirlər, millət inkişaf edə bilmir, ibtidai icma quruluşu şüuru ilə yaşayırlar. Bunlar ciddi sosial problemdir”.

Rejissor fonoqram oxuyaraq insanları aldadan ifaçıları qınaq atəşinə tutub:

“Mal-qara, pul, telefon oğurlayanları başa düşmək olar, bəs səs oğruları ilə necə başa çıxaq? Cinayətlə xəyanət fərqli şeylərdir. Cinayət tək şəxsə qarşı olsa da, millətə xəyanət daha dəhşətlidir. Yeli telekanalların etdiyi də məhz budur. Nə qədər laızmsız ifaçıları insanların gözünə soxmaq olar? Bunlar Lütfizadə, Eynşteyn, Tolstoy, Mayakovskidirlər?! Bu insanlar nə qədər ağıllı, savadlı adamlardır ki, illərdir efirlərdən düşmürlər?

Yeni sezon başlayıb, amma yenə eyni hal davam edir. Axı bu kimə lazımdır? Abır-həya yoxdur, evdə uşaqlarımızın yanında televizoru açmağa da çəkinirik.

Kərim Abbasovu şəxsən tanımıram, amma birinci xanımı təranə Səmədovanı yaxşı tanıyırdım. Bu gün Kərimi populyar edən də məhz o xanım olub. Kərim bütün həyatını bütövlükdə ona borclu olmalıdır, amma o, Təranə xanıma xəyanət etdi, onu bir uşaqla atıb getdi.

Bu gün məgər tək Kərimdir toy məclislərində fonoqram oxuyan? Belələrinin sayı 1-2 deyil. Bir neçə il əvvəl toy məclisinə dəvət almışdım, məşhur müğənnilərdən biri ilə toya gəldim, amma 6-da yox 11-də məclisə girdim. Hər kəs oynayırdı, əylənirdi, birdən yanımdakı müğənni gülməyə başladı. Nə olduğunu soruşanda dedi ki, səhnədə olan müğənni oxuyan özü deyil, başqa adamın fonoqramını qoşub oxuyur. Belə şeylər çox olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*