Koçubayev Ermənistanda saxlanıldıbackend

Koçubayev Ermənistanda saxlanıldı

Ermənistanda tanınmış vəkil Aleksandr Koçubayev saxlanılıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları vəkil Aleksandr Koçubayevi Şenqavit Məhkəməsinin binasında saxlayıblar.

Koçubayev arxiyepiskop Baqrat Qalstanyanın və onun 17 tərəfdarının məhkəməsinin keçirildiyi məhkəmə zalından aparılıb.

Hazırda onun hara aparıldığı məlum deyil.

İlkin məlumatlara görə, onun saxlanmasına səbəb Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının ruhanilərinin həbsindən sonra Koçubayevin bu gün sosial şəbəkədə dərc etdiyi tənqidi yazı ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*