Kremldən Putin və Əliyev görüşü ilə bağlı VACİB AÇIQLAMA: “Əl sıxdılar, lakin…” backend

Kremldən Putin və Əliyev görüşü ilə bağlı VACİB AÇIQLAMA: "Əl sıxdılar, lakin..." 

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Pekində keçirilən təntənəli mərasimlərdə bir-birini salamlayaraq əl sıxıblar. Lakin onların arasında əhatəli söhbət baş tutmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, dövlət başçıları yalnız rəsmi salamlaşma ilə kifayətləniblər:

“Əliyevlə onlar bir-birini salamladılar, əl sıxdılar, amma hər hansı substansiv ünsiyyət (praktiki nəticəyə yönəlmiş, konkret məzmunlu söhbət) olmayıb,” – deyə Peskov bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*