Kuril adaları yaxınlığında Oxot dənizində 6,0 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Qolovnino kəndindən 102 km cənub-qərbdə (Kunaşir adası) 63 km dərinlikdə yerləşib. Gücü 4 bala qədər olan yeraltı təkanları Yujno-Kurilsk şəhərinin (Kunaşir adası), Malokurilskoye kəndinin (Şikotan adası) sakinləri isə 3 bal gücündə hiss ediblər.
Sunami həyəcanı elan olunmayıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
