Livan erməniləri TƏŞVİŞDƏ – “Bizim sonumuz gəldi”backend

Livan erməniləri TƏŞVİŞDƏ – “Bizim sonumuz gəldi”

Livanda vəziyyətin son dərəcə gərgin olduğunu nəzərə alan ölkənin üç erməni siyasi partiyası – “Daşnaksütyun”, Ramkavar Azatakan və Hunçakyanın Sosial Demokrat Partiyası iclas keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Beyrutda nəşr olunan “Azdak” qəzetinin baş redaktoru, beynəlxalq məsələlər üzrə ekspert Şaan Qantaxaryan bildirib.

Onun sözlərinə görə, iclasda həm regional, həm də hərbi-siyasi vəziyyət müzakirə edilib, son günlər ölkə daxilində yaranan vəziyyətın ermənin icmasının taleyinə olan təsirlərindən danışılıb .

O vurğulayıb ki, vətəndaşların psixoloji durumu çox pisdir, Livanın erməni icması nə edəcəyini bilmir.

O qeyd edib ki, İsrailin bir neçə gün əvvəl Beyrutun cənub ətrafına raket hücumu zamanı Hizbullah hərbi şurasının ən nüfuzlu üzvlərindən birinin öldürülməsindən sonra vəziyyət kəskin şəkildə pisləşib. Vəziyyətin pisləşməsinə İranın paytaxtı Tehranda İsrailin yuxarıda qeyd olunan hadisədən bir neçə saat sonra xüsusi əməliyyat nəticəsində HƏMAS-ın əsas fiquru İsmayıl Həniyəni öldürməsi də təsir edib.

“Bütün bunların nəticəsində təhdidlərin səviyyəsi görünməmiş dərəcədə artıb. İran qətiyyətlə cavab verəcəyinə söz verib. Hizbullahın baş katibi də oxşar bəyanatla çıxış edib. Təbii ki, bütün bunlar vəziyyəti daha da gərginləşdirib və Livanın cənubunda toqquşmalar davam edir”, – deyən Qantaxaryan qeyd edib ki, üç erməni partiyası mümkün ssenariləri müzakirə ediblər: “Erməni xeyriyyə təşkilatları Həmkarlar ittifaqları da böhranın dərinləşəcəyi təqdirdə nəticələri təhlil edir. Ərzaq məsələləri, müxtəlif sosial ehtiyaclar, xəstəxanaların problemləri, dərman vasitələrinin mövcudluğu və insanların ehtiyacları ilə bağlı digər mövzular müzakirə olunub”, – deyən Qantaxaryan Livanın erməni icmasının belə hallarla mübarizədə kifayət qədər böyük təcrübə topladığını vurğulayıb. Vətəndaşlar arasında mövcud psixoloji vəziyyətə gəlincə, ekspert bildirib ki, ermənilər hesab edir ki, “bizim sonumuz gəlib”.

Bu arada aviaşirkətlər uçuşları təxirə salıblar. İkincisi, Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi də daxil olmaqla, xarici səfirliklər də xəbərdarlıq və çağırışlar edib. Psixoloji gərginliyi həm də ərəb dövlətlərinin, Qərbin, eləcə də müxtəlif digər ölkələrin öz vətəndaşlarını Livan ərazisini dərhal tərk etməyə çağırması da gücləndirib”, – deyə Qantaxaryan məsələyə aydınlıq gətirib və əlavə edib ki, təbii ki, bütün bunlar vətəndaşlara təsir edir və Onlarda həddindən artıq gərginlik hökm sürür.

“Azdak” qəzetinin baş redaktoru Livanın toqquşmaların əsas arenasına çevrilə biləcəyi ilə bağlı qorxuların olduğuna dair şərhə toxunaraq qeyd edib ki, indi sual bu toqquşmaların Livanın digər bölgələrinə irayət edib-etməyəcəyindən gedir.

Mən ölkənin xarici aləmlə əlaqəsini, ərzaq, dərman və s. mövcudluğu ilə bağlı vətəndaşların vəziyyətini nəzərdə tuturam. Bütün bunlar nəzərə alınmalıdır, çünki biz artıq bütün bunları keçmişik və hər şeyə hazır olmalıyıq”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*