Lukaşenkoya 165 minlik “Tesla”nı kim hədiyyə edib?backend

Lukaşenkoya 165 minlik “Tesla”nı kim hədiyyə edib?

Belarus Prezidenti Aleksandr Lukaşenko son günlər 165 min dollar dəyərindəki “Tesla” markalı elektrikli avtomobili ilə gündəmdədir.

Konkret.az “Qafqazinfo”  – ya istinadən xəbər verir ki, dövlət başçısı bu bahalı avtomobili ona amerikalı milyarder, “Space X” və “Tesla”nın qurucusu İlon Maskın hədiyyə etdiyini açıqlayıb. Lakin iş adamı tvitter mikrobloqunda məlumatı təkzib edib.

Belə ki, “Belarus partizanı” nəşri “Lukaşenkoya 165 min dollarlıq elektrikli avtomobili həqiqətən kim hədiyyə edib?” başlıqlı post paylaşıb. “Slava Ukraine” adlı izləyici Maskın adını “tag” edərək onun Belarus Prezidentinə maşın hədiyyə edib-etmədiyini soruşub. Biznesmen isə cavabında belə deyib: “Ona yox…”.

 

Bir cavab yazın