Makron və arvadının bu hərəkəti lağ obyektinə ÇEVRİLDİ – FOTObackend

Makron və arvadının bu hərəkəti lağ obyektinə ÇEVRİLDİ - FOTO

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron tərəfindən sillə ilə vurulması anı sosial mediada sürətlə yayılaraq dünya gündəminə çevrilib.

KONKRET.az xəbər verir ki, sözügedən hadisənin ardından Fransada yerləşən bir idman zalı qalmaqallı reklam kampaniyası ilə gündəmə gəlib.

İdman zalı Makronun fotosunu üzündə çapıqla təqdim edən plakat hazırlayaraq üzərinə, “Arvadın səni döyürmü? Özünümüdafiə dərslərimizə qoşulun!” sözlərini yazıb.

Afişa sosial şəbəkələrdə minlərlə bəyənmə və paylaşım toplayıb, geniş rezonans doğurub.

Hazırda Fransa rəsmi dairələri hadisəyə münasibət bildirməyib. Sosial mediada isə hadisə ilə bağlı müxtəlif fikirlər irəli sürülür.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*