Makron və Şolts Putindən “Azov” döyüşçülərini azad etməyi, Zelenski ilə danışıqlara getməyi TƏLƏB ETDİLƏRbackend

Makron və Şolts Putindən "Azov" döyüşçülərini azad etməyi, Zelenski ilə danışıqlara getməyi TƏLƏB ETDİLƏR

Makron və Şolts Putindən Azovstal müdafiəçilərini azad etməyi tələb edirlər.

KONKRET.az xəbər verir ki, bu barədə Fransa liderinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Azovstal müdafiəçilərinin azad edilməsini tələb ediblər.

Qeyd olunur ki, Şolts və Makron yenə də təkid ediblər ki, müharibənin istənilən formada sona çatması Moskva və Kiyev arasında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə razılaşdırılmalıdır.
Bundan əlavə, Avropa liderləri atəşkəs tələblərini təzələyib və Putini Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün qədər tez birbaşa dialoqa razılaşmağa çağırıblar.

“Fransa Respublikasının Prezidenti və Almaniya kansleri rus qoşunları tərəfindən əsir götürülmüş Azovstalın 2,5 minə yaxın müdafiəçisinin azad edilməsini tələb ediblər”, – məlumatda deyilir.

Digər məsələlərlə yanaşı, Şolts və Makron Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün Odessanın blokadasına son qoyulmasını və qlobal ərzaq böhranının qarşısının alınmasını tələb ediblər.

Putin Avropa liderlərinə Odessa limanları minalardan təmizləndikdən sonra onlara çıxış təmin edəcəklərini vəd edib və bundan hərbi məqsədlər üçün istifadə etməyəcəyinə əmin edib, Fransa tərəfi məlumat verir.

Qeyd edək ki, Kreml və Almaniya Federal Hökuməti danışıqların yekunlarına əsasən, üç ölkə lideri arasında müzakirə mövzusunun “Azovstal”ın müdafiəçilərinin azad edilməsi olduğunu bildirməyib.

Almaniya tərəfi yalnız aydınlaşdırıb ki, Putinin əsir düşmüş döyüşçülərlə guya beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq rəftar edəcəklərini bildirib.

Kremlin mətbuat xidməti bildirib ki, müzakirə olunan məsələlərdən biri də sanksiyaların ləğvi olub. Rusiya lideri qlobal ərzaq təhlükəsizliyi sahəsində problemlərlə bağlı sanksiyaların aradan qaldırılmasının zəruriliyini əsaslandırıb.

Bundan əlavə, Ukraynadakı vəziyyətlə bağlı “dərin fikir mübadiləsi” aparılıb. Xüsusilə Putin ruslar tərəfindən dağıdılan və ələ keçirilən Mariupolda və Donetsk və Luqansk vilayətlərinin işğal altında olan digər şəhərlərində guya “dinc həyat” qurulduğunu bəyan edib.

Putin həmçinin Rusiyanın Kiyevlə “dialoqun bərpasına” hazır olduğunu bildirib və bir daha Ukraynaya silah tədarükündən narazılığını bildirib.

Öz növbəsində Almaniya Federal Hökuməti məlumat verdi ki, söhbət Şolts və Makron tərəfindən başladılıb, 80 dəqiqə davam edib.

“Kansler və Fransa Prezidenti dərhal atəşkəsə və rus qoşunlarının çıxarılmasına çağırıblar. Onlar Rusiya Prezidentini Ukrayna Prezidenti ilə ciddi birbaşa danışıqlara getməyə və münaqişənin diplomatik həllini tapmağa çağırıblar”, – Almaniya tərəfi bildirib.

Almaniya kansleri onu da bildirib ki, Putin guya BMT-nin iştirakı ilə Ukraynadan taxıl ixracının qarşısının alınmasına yardım edəcəyinə söz verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*