TƏCİLİ: Trampın çıxışı zamanı atışma baş verdi – Ağ Ev bağlandı, yaralılar varbackend

TƏCİLİ: Trampın çıxışı zamanı atışma baş verdi - Ağ Ev bağlandı, yaralılar var

Vaşinqtonda, Ağ Ev yaxınlığında atışma baş verib. Hadisədən sonra ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.

KONKRET.az xəbər verir ki, ABŞ Məxfi Xidməti bildirib ki, insident zamanı bir nəfər hüquq-mühafizə əməkdaşları tərəfindən yaralanıb.

Yaralının vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Təhlükəsizlik səbəbilə Ağ Ev müvəqqəti olaraq bağlanıb.

Məlumata görə, hadisə baş verən vaxt ABŞ prezidenti Donald Tramp binada çıxış edib.

Hadisənin səbəbləri araşdırılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*