Təqaüdçülərin NƏZƏRİNƏ: Pensiyalar bütün ölkə üzrə eyni vaxtda ödənilə bilərbackend

Təqaüdçülərin NƏZƏRİNƏ: Pensiyalar bütün ölkə üzrə eyni vaxtda ödənilə bilər

Azərbaycanda pensiyaların bölgələr üzrə fərqli tarixlərdə ödənilməsi məsələsi uzun müddətdir müzakirə olunur. Xüsusilə, vətəndaşların maliyyə öhdəlikləri – kredit ödənişləri, kommunal xərclər və gündəlik tələbat fonunda bu fərqlər narazılıq yaradır.

Bəs pensiyaların bütün ölkə üzrə eyni vaxtda və ya maksimum 1–2 gün fərqlə verilməsi nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, əslində pensiyalar eyni gündə ödənilməlidir və bu məsələdə fərqlərə yol verilməsi doğru yanaşma deyil.

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub

“Bütün vətəndaşların gözlədiyi konkret tarix mövcuddur və bu onların maliyyə planlamasında mühüm rol oynayır. Burada hər hansı şəkildə belə fərqə yol verilməməlidir. Çünki bütün vətəndaşların gözlədiyi dəqiq vaxt var. Həm kreditlərin ödənilməsi, həm borclar və zəruri tələbatla bağlı məsələlər gündəmə gəlir. Texniki imkanlar da bir daha gözdən keçirilməli, eyni vaxtda və ya qısa aralıqlarla da olsa, yaxın vaxtlarda verilməsi hər kəs üçün daha ədalətli addımdır.”

Qeyd edək ki, hazırda Azərbaycanda pensiyaların ödənişi regionlara görə mərhələli şəkildə həyata keçirilir. Bank infrastrukturunun genişləndirilməsi və rəqəmsal ödəniş sistemlərinin inkişafı gələcəkdə pensiyaların vahid tarixdə verilməsi imkanlarını artıra bilər.

Aynurə İsmayıl
KONKRET.az

  • Enver
    May 3, 2026 - 10:53

    Salam mən qaziyem krediti ayın 13 götürmüşdüm sonradan pensiyanın vaxtı dəyişdirildi mənə qalan puludu fayiz tuturlar Allah görür

  • Ruslan
    May 8, 2026 - 14:19

    Sexsen men pensiya göre ayda 30manat gecikme odyurem niye bunun hamsin eyni vaxta kecirsiner ki hami borcun xercin vaxtinda versinde xahis edrik ki ceneb prezident buna bir tedbir görsün yetim yesir yaziqdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*