5 il keçib, pandemiya cərimələri silinirbackend

5 il keçib, pandemiya cərimələri silinir

Son günlər sosial şəbəkələrdə pandemiya dövründə tətbiq olunan cərimələrlə bağlı müzakirələr yenidən gündəmə gəlib. İddialara görə, həmin cərimələr müəyyən müddət keçdikdən sonra avtomatik olaraq qüvvədən düşür.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert-hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, qayda pozuntusundan 5 ildən çox müddət keçibsə, cərimələr silinməlidir.

O bildirib ki, vətəndaşdan hansısa ödəmə tələb oluna bilməz: “İnzibati Xətalar Məcəlləsində 146.1-ci maddəyə əsasən cərimə növündə inzibati tənbeh, həmin o cərimənin tətbiqinə səbəb olmuş xəta, qayda, hüquq pozuntusu törədildiyi andan etibarən 5 il müddətində alınmayıb, ödənilməyibsə, daha ödənilməməlidir, tələb oluna bilməz. Ləğv olunmalıdır. Cərimə tətbiq olunubsa, cəriməyə səbəb olan xətadan, qayda pozuntusundan 5 ildən çox vaxt keçibsə silinməlidir. Bu mülahizəyə görə də pandemiya vaxtı tətbiq olunmuş hansısa karantin və ya digər qaydaları pozmağa görə tətbiq olunan cərimənin 5 il müddəti keçibsə, onlar silinməlidir. Yaxşı olar ki, dövlət qurumları bunları elə özləri silsinlər. Silinməyibsə, vətəndaşlar müraciət edə bilərlər və həmin müraciətlər əsasında silinə bilər. Bu hüquqi və faktiki olaraq mümkündür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*