Əhalinin NƏZƏRİNƏ: “13-cü maaş və pensiya” veriləcək?backend

Əhalinin NƏZƏRİNƏ: “13-cü maaş və pensiya” veriləcək?

Rusiyada Yeni il ərəfəsində vətəndaşlara “13-cü maaş” və ya pensiya” verilməsi ilə bağlı təşəbbüslərin müzakirəyə çıxarılması sosial təminat sistemləri ətrafında yeni debatlara yol açıb. Bu cür əlavə ödənişlərin əhalinin rifahına təsiri və iqtisadi dayanıqlılıq baxımından mümkün nəticələri digər ölkələrdə də maraqla izlənilir.

Bəs Azərbaycanda “13-cü maaş” və “13-cü pensiya” mexanizminin tətbiqi nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Rusiyada irəli sürülən bu təşəbbüs sovet dövründən qalan ənənənin bərpası cəhdi kimi qiymətləndirilə bilər.

Akif Nəsirli: "Büdcə gəlirlərinin artması sosial xərclərin, maaş və  pensiyaların maliyyələşdirilməsi üçün daha geniş imkan yarada bilər"

“Həmin dövrdə il sonu mükafatları işçilər üçün əlavə gəlir mənbəyi rolunu oynayırdı və hazırda bu ideyanın yenidən aktuallaşması sosial gərginliyi azaltmaq məqsədi daşıyır. Azərbaycanda belə bir mexanizmin tətbiqi ilk növbədə dövlət büdcəsinin imkanlarından asılıdır. Azərbaycan iqtisadiyyatı hələ də böyük ölçüdə neft gəlirlərinə bağlıdır. Əgər “13-cü maaş” və ya “13-cü pensiya” kimi ödənişlər daimi xarakter alarsa, bu, büdcə üzərində əlavə yük yaradar. Neft qiymətlərində mümkün azalmalar isə bu öhdəliklərin icrasını çətinləşdirəcək”, – deyə o, vurğulayıb.

Akif Nəsirlinin fikrincə, pensiyaçılar üçün əlavə dəstək daha real görünür.

“Ölkədə pensiya məbləğlərinin aşağı olması ilə bağlı narazılıqlar mövcuddur və il sonu birdəfəlik ödənişlər bu boşluğu qismən kompensasiya edə bilər. Bununla belə, bu ödənişlərin “13-cü pensiya” kimi sabit mexanizmə çevrilməsi əvəzinə, indiyədək olduğu kimi indeksasiya və birdəfəlik sosial paketlər formasında təqdim edilməsi daha real yanaşmadır”.
Dövlət qulluqçuları üçün il sonu mükafatlarının müəyyən sahələrdə artıq tətbiq olunduğunu deyən iqtisadçı əlavə edib ki, bu praktikanın rəsmiləşdirilməsi şəffaflıq baxımından müsbət addım ola bilər.

“Lakin özəl sektorda bunun tətbiqi hüquqi mexanizmlərin yaradılmasını zəruri edir ki, bu da işəgötürənlər üçün əlavə maliyyə yükü deməkdir.
Azərbaycanda “13-cü maaş” və “13-cü pensiya” kimi mexanizmlərin tətbiqi mümkündür, lakin bunun davamlı olması üçün iqtisadiyyatın neftdən asılılığının azalması və sabit büdcə mənbələrinin formalaşdırılması əsas şərtdir. Hazırkı mərhələdə hökumətin bu məsələdə ehtiyatlı mövqe sərgiləməsi gözləniləndir”.

Aynurə İsmayıl
KONKRET.az

  • Ramin
    Aprel 30, 2026 - 23:24

    Azerbaycanda maaslar cox asaqidi minim emekhaqqi 400 manat goturulur insanlarin bir coxu 450 600 manat araliqinda emekhaqqi almaqa mecburdular aylarla et yemirler bir birnden borc alaraq bu ayi o biri aya calayirlar emeyhaqqilar kimler terefinden hesablanirsa bu milletin dusmenidi cunki insanlara en boyuk dusmencilik onu maddiyatla sindirmaq daha asandir.bu insanlar cox cetin seraitde yasayir bunu da efsuslar olsun ki bile bile edirler.insalari anlamaq ucun onlarin nece yasadiqini gormek lazimdir bunu gormek hec kimin isine yaramir.men yuzlerle insan taniyiram ayliq geliri 500. 600 azndir.bilmir bunu kiraye versin yoxsa dermana versin yol pulu etsin yoxsada qarnini bu aydan o biri aya nece cixardacaqinin hayindir.bura yazmaqimin hec bir yarari yoxdur sadece icimdekileri dile getirmek istedim bir qismini heyf ki men avropada deyilde bu olkede dunyaya gelmisem bu menim gunahim deyil amma anlima yazilan bextimdir.insallah calisacam bextimi deyisim en azindan omrumun bir qisminide olsa insan kimi deyer verilen olkede yasamaqi qazanacam.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*