Azərbaycan Respublikasında yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün əlavə hüquqi nəticələr yarada bilər. Xüsusilə, uzun müddət ödənilməyən inzibati cərimələrin sürücülük hüquqlarına təsir edib-etməyəcəyi tez-tez müzakirə olunan məsələlərdəndir.
Bəs, inzibati cəriməni ödəməyən sürücülərin sürücülük hüququ məhdudlaşdırıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Tural Həsənli bildirib ki, belə hallar qanunvericilikdə nəzərdə tutulub və konkret müddətlər çərçivəsində tədbirlər görülür.

“Müvafiq qərar qüvvəyə minir. Əgər 3 ay ərzində cərimə ödənilməzsə və bunun üçün qanuni əsas olmazsa, tədbir görülür. Həmin şəxsə qarşı əlavə qərar qəbul edilir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Eyni zamanda cərimənin ödənilməsi üçün iş məcburi icraya göndərilir.
Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür”.
Vəkil vurğulayıb ki, belə halların qarşısını almaq üçün sürücülər cərimələri vaxtında ödəməli və məsuliyyətdən yayınmamalıdırlar.
Aynurə İsmayıl
KONKRET.az

Nə gözəl. Bəs əmək haqqılar niyə vaxtı vaxtında ödənilmir niyə hər keçən gün yeni cərimələr tətbiq edilir cərimələrin məbləğləri qalxır amma nə pensiya nə əmək haqqılar qalxmır. Şərəfsizliyin həddi hüdudu yoxdu artıq.
Ayıb olsun Xaricde itə qoyulan hörmet Azerbaycanda insanlara qoyulmur..
Ne işleyirem ne pensiya alıram nede qalxan cerimelerin qida mehsullarının benzin dizelin qiymetinin enmesinde ümid etmirem çünki indiki quruluş kasıb ölmelidir kankret dünya bu,deyqe pulu olanın dünyasıdır bizde çabalaya çabalaya evlad böyüdüb axırda veririk aparın xidmet etsin herbide.
MƏN NİFRƏT EDİRƏM Kİ AZƏRBAYCANLIYAM
Azərbaycan kimi dünyada bardaq ölkə yoxdur. Kimə nece serf edirsə elədə qanun cixardir. Nə bilim vallah axirimiz hara gedir belə…
Azərbaycanda güclü cərimə sistemi var. Ölkənin büdcəsinə xaricdən çox ölkədə olan cerimelrden pul gedir. Analogu olmayan cərimələr bizdədi. Dünya bizə baxıb dərs ala bilər cərimələrin tədbiqinə görə