Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş səhər saatlarında Türkiyəyə qayıtdıqdan sonra Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunu ziyarət edib.
KONKRET.az savashmedia.az-a istinadən xəbər verir ki, görüşdən sonra jurnalistlətə açıqlama verən Yavaş prezidentliyə namizədliyi ilə bağlı suala sərt reaksiya verib:
“Biz ailəni ziyarət etməyə gəlmişik. Belə bir məqamda prezidentliyə namizədliyi müzakirə etmək doğru deyil. İndi bunun vaxtıdır? Axşam meydanda olacağıq. Mitinq yenidən keçiriləcək”.