Maşını arxaya sürərkən qadını vurub öldürdübackend

Maşını arxaya sürərkən qadını vurub öldürdü

Yevlaxda avtomobilini arxa-arxaya sürən şəxs ağır qəza törədib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. 1988-ci il təvəllüdlü Nicat Quluyev “Opel” markalı avtomobilini geriyə hərəkət etdirib və maşının arxası ilə yolu keçən 1943-cü il təvəllüdlü Kifayət İsayevanı vurub.

Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*