Məsciddə “wi-fi” parolu dəyişdi, dava düşdübackend

Məsciddə “wi-fi” parolu dəyişdi, dava düşdü

İndoneziyanın Medan şəhərindəki məsciddə olan iki yeniyetmə “wi-fi” parolunu dəyişən məscid işçilərinə hücum edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisəyə səbəb yeniyetmələrin video oyun oynayarkən internetin kəsilməsi olub.

Oyunları pozulan yeniyetmələr məsciddə işçilərin olduğu otağa basqın ediblər.

Şəxsi heyət olduğu ehtimal edilən 3 nəfərin qaçdığı anlar təhlükəsizlik kamerasına əks olunub.

Məscid işçiləri hadisə yerinə polis çağırıb. Polis baş verənləri təsdiqləyib və yeniyetmələrin nəzarətə götürüldüyünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*