İtaliya ABŞ muzeyində saxlanılan qədim bürünc heykəli geri alacaq – QƏRARbackend

İtaliya ABŞ muzeyində saxlanılan qədim bürünc heykəli geri alacaq - QƏRAR

“İtaliyanın 1960-cı illərdə Adriatik dənizindən tapılmış və sonra Los-Ancelesdəki Getti Muzeyində saxlanılan qədim yunan bürünc heykəlini müsadirə etmək hüququ var”.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İnsan Haqları Məhkəməsi qərar verib. Çılpaq bir idmançının təsviri olan və ABŞ-da “Qalib gənclik” kimi tanınan heykəl 1964-cü ildə tapılıb. Yalnız 1977-ci ildə muzey tərəfindən alınana qədər ortaya çıxıb. O vaxtdan bəri yunan heykəltəraş Lisipposa aid edilən heykəl Los-Ancelesin Getti muzeyində nümayiş etdirilir. Onun İtaliyaya qaytarılmasından da imtina edilmişdi.

İtaliyanın ən yüksək tribunalının 2019-cu ildə bürünc heykəlin müsadirə edilməsi barədə qərarını qüvvədə saxlamasından sonra muzey Strasburq məhkəməsinə müraciət edib.

Almaniyada hərracda 3,9 milyon dollara satıldıqdan sonra Roma onu geri almağa çalışır.

İtaliyalı hakimlər bildiriblər ki, heykəl İtaliya bayrağı altında üzən gəmi tərəfindən tapıldığı üçün ölkənin mədəni irsii hesab edilir.

Xatırladaq ki, İtaliya keçmişdə də Getti Muzeyi ilə problemlər yaşayıb. Hələ 2007-ci ildə Roma oğurlanan və qaçaqmalçılıq yolu ilə muzeyə gətirilən 42 antikvarı geri qaytarmaq üçün Muzeylə müqavilə bağlayıb.

Yeri gəlmişkən, neft milyarderi Con Pol Getti tərəfindən qurulan muzey 2009-cu ildə aktivləri bir neçə milyard dollar dəyərində qiymətləndirilən dünyanın ən zəngin incəsənət fondu tərəfindən dəstəklənir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*