Tədris ilinin başlaması ilə əlaqədar metroda sıxlıq xüsusi qaydada artır.
KONKRET.az xəbər verir ki,sentyabrın 15-dən etibarən Bakıda metro stansiyalarında sərnişin sayının artacağı təqdirdə sıxlığın aradan qaldırılması ilə bağlı hansı tədbirlər görüləcək? Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hazırda sıx monitorinqlər davam edir:
“Hər il olduğu kimi, monitorinqlərin əsas istiqaməti tədris müəssisələrinin, xüsusilə də orta və ali təhsil müəssisələrinin tədris prososesinin təşkilidir. Dərs növbələri, dərslərin başlama və bitmə saatları və s. vacibdir. Eyni zamanda, müxtəlif stansiyalarımız yaxınlığında yerləşən müəssisələrdən də iş rejimində hər hansı bir dəyişikliklə bağlı məsələləri dəqiqləşdiririk”.
Bəxtiyar Məmmədov qeyd edib ki, hazırlıqlar son mərhələdədir:
“Yaxın vaxtlarda stansiyaların qrafiki elan ediləcək. Əfsuslar olsun ki, texniki baxımdan “Həzi Aslanov-28 May” istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum intervalı 2 dəqiqədən aşağı müəyyənləşdirmək mümkün deyil. Çünki 2 xətt “28 May” stansiyasında kəsişir və birləşir.
Faktiki olaraq isə “Həzi Aslanov” stansiyasına qədər birxəttli hərəkətdir. Tənzimlənmə mexanizmlərində digər məsələlərə xüsusi olaraq baxılacaq”./ “Cebheinfo.az”