Millimiz dünya çempionatının yarımfinalındabackend

Millimiz dünya çempionatının yarımfinalında

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinə yüksəlib.

KONKRET.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 18:16 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, komanda növbəti mərhələdə Fransa – ABŞ cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları iyunun 7-də baş tutacaq.\\milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*