Milyonlarla məmurun maaşı artacaq – Bu ölkədəbackend

Milyonlarla məmurun maaşı artacaq - Bu ölkədə

Türkiyədə dövlət məmurlarının Arbitraj Şurası milyonlarla məmur və təqaüdçünün maaş artımını açıqlayıb.

KONKRET.az “Sözcü” nəşrinə istinadən xəbər verir ki, 2026 və 2027-ci illər üçün artımlar Rəsmi Qəzetdə dərc edilib.

Kollektiv danışıqlar nəticəsində alınan qərara əsasən, maaş artımı 2026-cı ilin birinci yarısında 11 faiz, ikinci yarısında 7 faiz, 2027-ci ilin birinci yarısında 5 faiz, ikinci yarısında isə 4 faiz olacaq.

Bundan əlavə, 2026-cı ilin ilk yarısında bütün dövlət qulluqçularının əsas maaşlarına 1000 TL (41 AZN) artım əlavə olunacaq.

 

Dəniz Pənahova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*