Moskvanın Ermənistanda AES planı – AÇIQLAMAbackend

Moskvanın Ermənistanda AES planı - AÇIQLAMA

Rusiya Ermənistanda bir və ya iki bloklu nüvə elektrik stansiyası tikməyi təklif edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Rosatom”un baş direktoru Aleksey Lixaçev “Vesti”yə verdiyi müsahibədə bildirib. O, vurğulayıb ki, hazırda nüvə enerjisi Ermənistanın elektrik enerjisinin 30%-ni təşkil etsə də, artan tələbat qarşıdakı onilliklərdə elektrik enerjisi istehsalında çatışmazlığa səbəb ola bilər.

“Biz buna hazır olmalıyıq. Və bizim cavabımız onilliklər ərzində enerji kəsirlərini ödəyəcək yüksək və ya orta güclü bir və ya iki bloklu stansiyadır”-o əlavə edib.

“Əlbəttə, biz tam əminik ki, nüvə ekspertizasına malik olmaq – bu cür sənaye – yüksək keyfiyyətli iqtisadiyyatın və sənaye sektorunun əlamətidir”, Lixaçev deyib. O qeyd edib ki, Ermənistan zavodunun modernləşdirilməsinin son mərhələsindən sonra onun gücü təxminən 10% artırılıb.

Maraqlıdır ki, Rusiyadan bu açıqlama Rusiya-Ermənistan arsındakı gərginliyin fonunda və ABŞ-nin Ermənistanda AES tikmək niyyətləri ilə bağlı müzakirələrin ardınca verilib.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*