Bu qədim tarixi əşyalar tamamilə təsadüf nəticəsində tapılıb. Ən təəccüblüsü odur ki, bu tapıntılar arxeoloqlarda şok effekti yaradıb. Çünki bu əşyaların üzə çıxması planetimizin və bəşəriyyətin keçmişi ilə bağlı daha çox sirləri üzə çıxarıb.
Biz deməyə alışmışıq ki, dünyanın qədim tarixi haqqında çox sadə şeyləri bilirik. Əsasən də ibtidai-icma quruluşu haqqında müəyyən təsəvvürlərimiz var.
KONKRET.az xəbər verir ki, təqdim edilən 6 tapıntı bir çox təsəvvürləri alt-üst edib.
Qədim mismar
1845-ci il Şotlandiya. Əhəngdaşı karxanasında faydalı filiz axtarışı zamanı daşa möhkəm basdırılmış dəmir mismar. Bu, sadə bir tapıntı sayılmırdı. Çünki əhəng daşının yaranması milyonlarla il çəkir. Amma daşın içində mismar öz-özünə görünə bilməzdi. Onu ora kimin və necə yerləşdirdiyi sirrdir.
Qızıl heykəl və zəncir
1889-cu ildə Aydaho ştatında qızıl axtararkən tapılan nadir əşya. Qızıl parçası insan tərəfindən hazırlanmış bir əşyaya – bütün detalları ilə qadın təsviri olan qızıl heykəlciyə bənzəyirdi.
Əşyanın tapıldığı mədənin dərinliyi 90 metr, karbon analizinə görə qayanın yaşı isə 2 milyon il olub. Heykəlciyin ora necə düşdüyü cavabı bilinməyən sualdır. Doğrudur, milyonlarla il ərzində təbiət də möcüzə yarada bilərdi.
Ancaq burada başqa bir qəribə tapıntı da var. 1891-ci ildə ABŞ-da minlərlə il ərzində əmələ gələn kömür parçasının içərisində şaxtaçılar mükəmməl qorunmuş qızıl zəncir kəşf ediblər. Bu, aydın şəkildə insan əlinin məhsuludur.
Tavanda təkər
Bəlkə də bütün bunlar nağıl kimi təsnif edilən hekayələrə bənzəyir. Ancaq bütün yazılanlar bir həqiqətdir. Həmin həqiqi tapıntılardan biri də Rusiyada üzə çıxıb.
Rostov vilayətində 900 metr dərinlikdə mədənçilər 2008-ci ildə qayaya basılmış təkər tapıblar. O, quyudan çıxan lyuka oxşayırdı, lakin qaya ilə elə birləşmişdi ki, şaxtada damın uçması təhlükəsi olduğundan təkəri yerindən çıxarmayıblar.
Kromanyon daş alətləri
1960-cı illərdə Mexiko yaxınlığında qazıntı aparan Vaşinqton Universitetinin arxeoloqları Harold Malde, Stin-Makintayr və alim Roald Friksell bu tapıntıları ilə dünyanı şoka saldılar. Onlar yerin dərinliklərində mürəkkəb daş alətlər aşkar ediblər. Alimlərin fikrincə, onları Kromanyon, yəni tarixi məlumatlara görə müasirlərlə eyni görünən insanlar yaradıblar.
Lakin müasir tarix elminə görə, bu, mümkün ola bilməz. Hal-hazırda elm bilgilərə görə, bəşəriyyətin tarixi cəmi 40 min ildir. Amerika qitəsinin ərazilərində isə təxminən 20 min il əvvəl bəşər övladı məskunlaşmağa başlayıb. Buna görə də daha qədim artefaktların orada tapılması qeyr-mümkün görünür. Amma bu tapıntı bütün elmi faktları yerlə bir etdi.
Afrikada tapılan yüksək texnologiyalı alət və silahlar
Tarixdə ən mübahisəli tapıntılardan biri də Afrika qitəsindədir. Tarixçilər rədd etsə də, arxeoloqlar Afrikada 3 milyon ildən çox yaşı olan, məharətlə hazırlanmış alətlər tapıblar.
Bütün bunlar isə onu deməyə əsas verir ki, yer üzündə bizdən əvvəl inkişaf etmiş bir sivilizasiya olub. Bu cür nadir tarixi əşyalar bəzən həmin sivilizasiyanın mövcud olmasından xəbər verir. Deməli, biz Kainatda tək olmamışıq. Yer kürəsində bizdən əvvəl zehnimiz üçün inanılmaz texnologiyalarla zəngin olan bir sivilizasiya hökm sürüb.
Piramidalar və kirpi
Bu sivilizasiyanın mövcudluğunun sübutu piramidalardır. Birincisi, qədim misirlilər bu piramidaları özləri üçün kifayət qədər primitiv alətlərlə tikə bilməzdilər. İkincisi, belə bir fərziyyə var ki, bu piramidalar düşündüyümüzdən çox qədimdir.
Giza yaylasında 20 ildən çox işləmiş arxeoloq Şerif Əl-Morsinin sözlərinə görə, Sfinks və böyük piramidalar bir vaxtlar dənizdə olub. Bunu piramidaların yanındakı duz yataqları da sübut edir.
Yeri gəlmişkən, Sfinksin ətəyində həmin arxeoloq dəniz kirpisinin daşlaşmış qalıqlarını tapıb. “Gigal Research” veb-saytında Mursinin yazdığı bir məqalədə deyilir:
“Qədim dəniz sahili xəttinin fotoşəkillərini çəkərkən az qala bloklardan birindən yıxılacaqdım. Bu çıxıntıda dayaz dənizlərdə yaşayan dəniz kirpisinin daşlaşmış skeletini tapdım”.
Mursinin sözləri dolayısı ilə doktor Robert M. Şloxun 90-cı illərdə ifadə etdiyi fərziyyələri təsdiqləyir. Şlox hesab edirdi ki, su eroziyasına görə, Gizadakı piramidalar düşündüyümüzdən daha qədimdir: onların 5-9 min il yaşı var.
Deməli, bizim dünyanın tarixi hələ də tam bəlli deyil. Qədim tarix biz düşündüyümüzdən də gizlidir. Arxeoloji tapıntıların yalnız kiçik bir hissəsi bu sirlərin pərdəsini bir qədər qaldırmağa imkan verir, eyni zamanda getdikcə daha çox suallar yaradır.
Hazırladı: Natiq Səlim,
KONKRET.az
