Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez videomüraciət yayıb.
KONKRET.az xəbər verir ki, o, müraciətində “Venesuela xalqının ABŞ hökumətinin ən cinayətkar hərbi təcavüzünə məruz qaldığını” bildirib.
“Qəhrəman Venesuela xalqı! Vətən əsgərləri! Bolivarın oğulları və qızları!
Bolivar Milli Silahlı Qüvvələri bütün dünyaya məlumat verir ki, bu gün səhər tezdən, 2026-cı il yanvarın 3-də Venesuela xalqı ABŞ hökuməti tərəfindən ən cinayətkar hərbi təcavüzə məruz qalıb.
Şərəf, vəzifə və tarix bizi çağırır. Hər guşədə azad Vətən nidası səslənsin! Qələbə bizim olacaq, çünki ağıl və ləyaqət bizi müşayiət edir! Biz qalib gələcəyik!”, – deyə o vurğulayıb.
Bundan əvvəl “Sky News Arabia” telekanalı ABŞ-ninn Venesuela müdafiə nazirinin evinə zərbələr endirdiyini və onunla əlaqənin kəsildiyini bildirmişdi.
