Mülkiyyətçi evində qeydiyyatda olanları yalnız bu yolla çıxara bilər – HÜQUQİ İZAHbackend

Mülkiyyətçi evində qeydiyyatda olanları yalnız bu yolla çıxara bilər - HÜQUQİ İZAH

Azərbaycanda mənzil sahiblərinin qeydiyyatda olan şəxsləri çıxarması ilə bağlı qaydalar tez-tez mübahisə doğuran məsələlərdəndir. Xüsusilə, ailə üzvlərinin və ya istifadə hüququ olan şəxslərin qeydiyyatdan çıxarılması zamanı hüquqi prosedurlar fərqli yanaşma tələb edir.

Bəs mülkiyyətçi istənilən şəxsi qeydiyyatdan çıxara bilərmi və bu proses necə həyata keçirilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, qanunvericilik mülkiyyətçiyə müəyyən hallarda qeydiyyatda olan şəxsləri çıxarmaq imkanı verir.

Mehman Muradlı

“Mülkiyyətçi hətta yaxın ailə üzvünün də qeydiyyatdan çıxarılmasına nail ola bilər. Lakin burada əsas məsələ həmin şəxsin mənzil üzərində istifadə hüququnun olub-olmamasıdır.

Əgər şəxs yalnız formal qeydiyyatdadırsa və mənzildən istifadə hüququ yoxdursa, o zaman həmin şəxsi kompensasiya ödənilmədən qeydiyyatdan çıxarmaq və mənzildən uzaqlaşdırmaq mümkündür. Lakin istifadə hüququ olan şəxslərlə bağlı vəziyyət fərqlidir”.

Mehman Muradlının sözlərinə görə, bu halda həmin şəxsin qeydiyyatdan və yaşayış yerindən çıxarılması üçün kompensasiya ödənilməlidir.

“Bu kompensasiya adətən həmin ərazidə oxşar mənzilin 3 illik kirayə haqqı əsasında hesablanır və vətəndaşa ödənildikdən sonra onun qeydiyyatdan çıxarılması mümkün olur”, – deyə hüquqşünas vurğulayıb.

O, əlavə edib ki, bu kimi hallarda proses adətən məhkəmə qaydasında həll olunur və hər bir iş üzrə şəxsin istifadə hüququnun olub-olmaması ayrıca araşdırılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*