Nepalda zəlzələ baş verdibackend

Nepalda zəlzələ baş verdi

Nepalda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Nepal Seysmoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Hindistanın Lakhimpur şəhərindən (140 min nəfər əhalisi var) 214 km şimal-şərqdə yerləşən Bajur rayonunda olub.

Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Yanvarın 24-də eyni ərazidə 5,9 bal gücündə zəlzələ baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*