Nikol tarana gedir, düşmən ölkəni gözləyən təhlükələr ARTIR – ƏTRAFLIbackend

Nikol tarana gedir, düşmən ölkəni gözləyən təhlükələr ARTIR - ƏTRAFLI

Qərbin Ermənistana dəstəyi nəticəsində düşmən ölkə ritorikasını dəyişmir və regionda sülhü əngəlləmək üçün əlindən gələni edir. Düzdür, baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı 3 prinsipin razılaşdırıldığını və ilin sonuna qədər Azərbaycanla sülh bağlayacaqlarına ümid etdiyini deyib. Ancaq razılaşdırılmayan prinsiplərdə mübahisəli məqamlar yetərincə olduğundan ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ağlabatan görünmür.

Üstəlik Qərbin Ermənistana hərbi-siyasi dəstəyi də sülh müqaviləsinin imzalanmasını təxirə salır. Fransanın Ermənistana hərbi yardımını, Qərbin ermənilərə diplomatik sahədə dəstəyini də nəzərə alsaq, deməli, Ermənistanın əli böyük güclərin ətəyindədir və Paşinyan geri addım atmağa meylli deyil.

Rusiyanı regiondan sıxışdırıb çıxartmaq missiyasını üzərinə götürən Ermənistan rəhbərliyi bunun üçün siyasi səylərini davam etdirir. Fransanın hərbi dəstəyindən sonra Ermənistana indi də ABŞ yardım etməyə qərar verib. Ermənilərə bu dəfəki dəstək maliyyə formasında olacaq. Oktyabrın 31-də ABŞ Senatının Təhsisatlar Komitəsinin iclası keçirilib. Bayden administrasiyası milli təhlükəsizlik üçün əlavə 106 milyard dollar tələbi ilə dinləmələr keçirib. ABŞ dövlət katibi Entoni Blinken yardım alan ölkələr siyahısına Ermənistanın da adının daxil edildiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın Səsi radiosu məlumat yayıb.

Blinken bildirib ki: “Bu ayırma bizə avtokratların və terrorçuların yaratdığı kritik humanitar ehtiyacları, həmçinin Ukrayna, Qəzza, Sudan, Ermənistan və dünyanın başqa yerlərində münaqişələr və təbii fəlakətləri həll etməyə imkan verəcək”.

Beləliklə, Qərbdən hər cür dəstək alan Ermənistan bununla Rusiyadan asılılığını azaltmağa çalışır və müttəfiqindən yaxasını qurtarmağa səy göstərir. Yeni müttəfiqlərlə iş birliyi də Ermənistana xoş gələcək vəd etmir. Regiona öz maraqları naminə soxulmağa cəhd edən Qərb Ermənistanda Rusiyameylli kontingentin çoxluq təşkil etdiyini yəqin hesablayıb və onu da bilməmiş deyil ki, hazırda Rusiyada 2 milyondan çox erməni yaşayır. Onlar hər ay Ermənistana xeyli vəsait transfer edirlər. Deməli, Ermənistan iqtisadiyyatının əhəmiyyətli hissəsi Rusiyadan asılıdır. Eyni zamanda qarşıda erməniləri soyuq qış günləri gözləyir. Ermənistan isə Rusiya qazını ucuz qiymətə alır. Paşinyanın Qərbə meyllənməsi Rusiyanı Ermənistana verdiyi qazın qiymətinə yenidən baxmağa vadar edəcək. O zaman özü enerji sarıdan başqa ölkələrdən asılı olan Qərb Ermənistanın donmasını yalnız müşahidə edəcək. Ermənistanın siyasi dairələrində bu və ya digər təhlükələri duyanlar olsa da, Paşinyan tarana gedir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*