Növbəti medalımız ondan gəldibackend

Növbəti medalımız ondan gəldi

Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

KONKRET.az xəbər verir ki, təmsilçimiz finalda S12 kateqoriyasında 100 m məsafəyə arxası üstə üzmə üsulunda 1:00.67 nəticə ilə ikinci pillədə qərarlaşaraq gümüş medal qazanıb.

Qeyd edək ki, daha əvvəl parataekvondoçularımız İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) isə bürünc medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*