Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
KONKRET.az xəbər verir ki, təmsilçimiz finalda S12 kateqoriyasında 100 m məsafəyə arxası üstə üzmə üsulunda 1:00.67 nəticə ilə ikinci pillədə qərarlaşaraq gümüş medal qazanıb.
Qeyd edək ki, daha əvvəl parataekvondoçularımız İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) isə bürünc medal qazanıb.