Orta əsr memarlıq abidələriylə zəngin Səmərqənd şəhəri özündə tarixi sirləri saxlayır. Şərqin incisi hesab edilən Səmərqənd çoxlu tarixi hadisələrin şahidi olub və Əmir Teymurun vətənidir. Bu şəhərdə orta əsr memarlığının şahı hesab edilən, sirli Şahı Zində məqbərəsi şəhərin çoxəsrlik tarixini qoruyub saxlayır. Bu məqbərə ansamblında Qaraxanilər və Teymuri nəslinin nüamyəndələri dəfn edilib. Bura sirlərlə doludur və məqbərə haqqında rəvayətlər dolaşır.
Şahı Zində -“Yaşayan Padşah” kompleksiylə bağlı rəvayətlərin birində deyilir: “Məhəmməd peyğəmbərin əmisi oğlu, onun yaxın dostu və silahdaşı Küssamə ibn Abbas burada ölümcül yaralanıb. Bu zaman Həzrəti Xızırın ruhu onun üzərinə enərək döyüş meydanını tərk etməyə kömək edib. İddiaya görə, Həzrəti Xızır Küssamə ibn Abbası möcüzəli su ilə dolu quyuya aparıb və o, sağalıb. Bununla da ölümsüzlük haqqında rəvayət yaranıb. O vaxtdan bəri bu məqbərələr kompleksi Şahi Zində, yəni “Yaşayan Padşah” adlandırılıb.
Başqa bir rəvayətə görə, yeddi yüz il sonra Əmir Teymur müqəddəs yerləri ziyarət edərkən məşhur quyunun yanına gəlir. Əfsanəyə görə guya Teymur ölümsüzlük qazanan Şahı Zindənın hələ də sağ olub-olmadığını yoxlamaq qərarına gəlir və quyuya enəcək adama mükafat vəd edir. Rəvayətə görə Teymurun sözündən çıxmayan ətrafdakılardan biri quyuya enməyə razı olur. O, quyunun dibində mağara, içəri girəndə isə Xızr və İlyas peyğəmbərlərin oturduğu saray görür. Adamı görən Şahı Zində onun görüşünə gələn gəncə qəzəblənir. Amma gənc izah edir ki, o, böyük Teymurun əmrini yerinə yetirib. “Yaşayan Şah” oğlanı bağışlayıb və gördüklərini heç kimə deməmək şərti ilə getməsinə icazə verib. Gəncə bildirilib ki, əgər sirri saxlaya bilməsə, o zaman özü və bütün nəsli kor olacaq və ağası Teymur heç vaxt arzuladığı Çini fəth edə bilməyəcək.
Rəvayətə görə geri qayıdan gənc vədinə əməl edə bilmir. Düzdür,o, əvvəlcə gördüklərini söyləməkdən boyun qaçırır. Amma Teymurun ona vəd etdiyi sərvətdən başı gicəllənən adam tamahına güc gələ bilməyib. Guya gördüklərini Teymura danışan gənc dərhal kor olub. Rəvayətə görə onun bütün nəsli də sonradan kor doğulub. Teymur isə Çinə yürüşü zamanı xəstələnib və yolda ölüb. Güman edilir ki, qüdrətli “Yaşayan Şah” hələ də bu quyuda yaşayır. Guya bu müqəddəs varlıq bir gün Şahı Zində kompleksini ziyarət edənlərin qarşısına çıxacaq”.
Məqbərənin əsasını 10-cu əsrdə Qaraxanlılar sülaləsi qoyub. Ərazidə 11-14, eləcə də 19-cu əsrlərə aid onlarla tikili var. Maraqlıdır ki, qədim ərəb mədəniyyətində qəbirləri örtmək və ya rəngləmək adət deyildi, buna görə də otaqların dizaynı yalnız sonralar baş verib.
11-12-ci əsrlərdə Qaraxanlılar zamanında ucaldılmış ən qədim tikililərdən günümüzə yalnız qəbir daşları və bünövrələr qalıb. Onların əksəriyyəti Teymurilər dövrünə aiddir. Məqbərələr firuzəyi tonlarda bəzədilib və ya nəbati naxışları əks etdirən tünd göy rəngli kaşılarla üzlənib. Ansamblın içərisindəki binaları üç qrupa bölmək olar. Onları tağlı-qübbəli keçidlər-çardaqlar birləşdirir. Aşağı hissədə iki günbəzli möhtəşəm məqbərə var. Binaların orta qrupu Teymurun dövrünə aiddir. Burada onun qohumları və dövlət adamları dəfn olunub. Son iki məqbərənin təmtəraqlı dekorasiyası var. Ansamblın mərkəzi Kusam ibn Abbas kompleksidir. Binalarından ən qədimi Kusama məqbərəsi və 16-cı əsrdə tikilmiş məsciddir.
Üst qrup bir-birinə qarşı duran üç məqbərədir, həm də çox gözəl bəzədilmişdir. Şimal hissəsində Xoca-Əhməd məqbərəsi bağlayan həyət var. Bu məqbərə Teymurdan əvvəl tikilib.
Maraqlıdır ki, 1945-ci ilin martında Özbəkistan Respublikası Xalq Komissarları Sovetinin qərarı ilə Şahı Zində başqa yerə köçürüldü. 1977-ci ildən burada dəfn mərasimləri də keçirilmir.
Vəli Həsənoğlu,
KONKRET.az