Bakıdan Özbəkistana getmək istəyən şəxs saxlanılıb.
KONKRET.az xəbər verir ki, Bakı-Daşkənd reysi ilə Özbəkistana getmək istəyən bu ölkənin vətəndaşı, 1979-cu il təvəllüdlü Dilshad Ruzmatoviç Hodjaev saxlanılıb. Onun istiqamətləndirici məktub əsasında saxlanıldığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo
