Özünü bank əməkdaşı kimi təqdim edib 10 min manat kredit götürdü, saxlanıldıbackend

Özünü bank əməkdaşı kimi təqdim edib 10 min manat kredit götürdü, saxlanıldı

Özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşın adına 10 min manat kredit götürən şəxs saxlanılıb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt sakini olan 37 yaşlı qadın bir nəfərin onu aldadaraq adına 10 min manat kredit rəsmiləşdirdiyi barədə polisə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin sosial şəbəkələrin birində özünü bank əməkdaşı kimi təqdim etdiyi, zərərçəkənin etibarından sui-istifadə edərək əvvəlcə hesabına 54 manat ödətdirdiyi, daha sonra onun adına 10 min manat onlayn kredit götürdüyü məlum olub.

Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Tərlanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

  • Davud
    Fevral 27, 2025 - 14:01

    Bu yalandır bunun eden banklardır iskisidir bankdan pul götürende 190 dəfə sen or buraq əol kefir sonra pulu ver bu necə başqasın adı dan pul gitur boş söhbətdir pul veren yerde şəxsiyyətini təqdim etmese pulu vermir hamsi quldur dövlət hakimiyyət olan yerde quldur banklardi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*