Papoyan  Ermənistanı xilas etmək üçün təcili Rusiyaya gedəcəkbackend

Papoyan Ermənistanı xilas etmək üçün təcili Rusiyaya gedəcək

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan iyun və iyul aylarında Rusiyaya bir və ya iki səfər etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, nazir bu barədə parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfərlər çərçivəsində rusiyalı həmkarları ilə görüşərək Ermənistan məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemləri müzakirə edəcək.

Papoyan qeyd edib ki, mövcud çətinliklərin həll olunacağına inanır və bu məsələlərin iki ölkə arasında münasibətlərdə gərginlik yaradacaq səviyyədə olmadığını düşünür.

Qeyd edək ki, Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) iyunun 12-dən etibarən Ermənistandan Rusiyaya bütün karantin nəzarətinə aid məhsulların idxalına, eləcə də həmin məhsulların Rusiya ərazisindən keçməklə Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranzitinə məhdudiyyət tətbiq edib.

Məhz bu qərarın fonunda Papoyanın Moskvaya planlaşdırılan səfərlərinin əsas məqsədinin Ermənistan ixracatçıları üçün yaranmış problemlərin aradan qaldırılması olduğu bildirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*