Paşinyan: Qadınların hərbi xidmətə cəlb edilməsi çox ləng gedirbackend

Paşinyan: Qadınların hərbi xidmətə cəlb edilməsi çox ləng gedir

Qadınların hərbi xidmətə cəlb edilməsi prosesi son dərəcə ləng gedir.

KONKRET.az Armenian News-a istinadla xəbər verir ki, bu barədə baş naziri Nikol Paşinyan yanvarın 16-da Ermənistan hökumətinin iclasında bildirib.

O deyib: “Çətinliklərin olduğu aydındır. Amma etiraf etməliyik ki, əhalimizin əksəriyyətini qadınlar təşkil edir. Əgər onların potensialından tam istifadə etməsək, o zaman ölkəmizin inkişaf yolunu bağlayacağıq”.

Baş nazir müdafiə naziri Suren Papikyandan orduda xidmət edən qadınlara dair sual verib. Sonuncu suala belə cavab verib: “Hərbi xidmətə könüllü getməyə razı olmayan bir nəfər də olsun çağırış olmayıb. Hər çağırış üçün ən azı 2 nəfərimiz var və onların əksəriyyəti xidmətini davam etdirir”.

Cavabında Paşinyan vurğulayıb: “Ancaq bizə həndəsi irəliləyiş lazımdır, ən azı 50-100 nəfərlik göstəriciyə çatmalıyıq. Bəli, stereotiplərlə bağlı problemimiz var. Bu istiqamətdə hərəkət etmək üçün bizə aqressiv nəsə lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*