Paşinyanı tənqid edən vəkil saxlanıldıbackend

Paşinyanı tənqid edən vəkil saxlanıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tanınmış vəkil Aleksandr Koçubayevi Şenqavit Məhkəməsinin binasında saxlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı onun həmkarı Erik Aleksanyan yayıb.

O bildirib ki, Koçubayev arxiyepiskop Baqrat Qalstanyan və onun 17 tərəfdarının işi üzrə məhkəmənin keçirildiyi binadan aparılıb. İclas başlayandan yarım saat sonra dayandırılıb.

Hazırda onun hara aparıldığı məlum deyil.

Ehtimal edilir ki, o, Paşinyan hakimiyyətini tənqid edən paylaşımlarına görə saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*