Paşinyan Putinlə Lukaşenkonu necə şoka saldı?  backend

Paşinyan Putinlə Lukaşenkonu necə şoka saldı?

Uzun illər işğal altında qalan torpaqlarımızda separatçıların yaratdığı qondarma rejim təkcə Ermənistan tərəfindən dəstəklənməyib. Regiona nəzarət etmək üçün Rusiya Qarabağ kartından sağına-soluna istifadə edib. Üstəlik, Qarabağın Ermənistanın nəzarətində qalmasına  dünyanın digər gücləri də şərait yaradıb. ATƏT-in Minsk qrupuna daxil olan hər üç ölkə sözdə Azrəbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, əməldə Ermənistanın yanında yer alıb və işğalı qanuniləşdirmək üçün yollar axtarıblar.

2020-ci il sentyabrın 27-də 2-ci Qarabağ müharibəsi başlayanda həmsədrlər dərhal birtərəfli mövqe nümayiş etdiriblər. Bir başa Ermənistanın müdafiəsinə qalxan həmin dövlətlər müharibəni dayandırmağı, əvvəlki mövqelərə qayıtmağa israr etsələr də, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində ordumuq sona qədər irəlləyərək cəmi 44 günə Qarabağı düşməndən azad etdi. Bundan sonra ölkəmizə qarşı siyasi təzyiqlər daha da artdı. Qərbin Ermənistanın yanında yer alması, İrəvana hərbi-siyasi sahədə dəstəyin nümayişi regionda güc balansını dəyişmədi. Bunu başa düşən Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin oktyabrında Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur oldu.  Paşinyanın bu mövqeyi  təkcə Ermənistanda deyil, dünyanın bəzi ölkələrində də soyuq duş effekti yaratdı. Rusiya prezidenti öz çıxışlarında dəfələrlə bunu təəssüflə qeyd edib və bildirib ki, bundan sonra Rusiyanın atacağı hər hansı addım qalmadı.

Dünən Belarus prezidenti Aleksandr Lukaşenko mətbuat konfransında bu məqama toxunub. Erməni jurnalistin sualına cavab verən Belarus Prezidenti bildirib ki, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Putinlə məni heyrətləndirdi. Putini başa düşdük, Lulaşenkonun nədən heyrətlənməsi bəzi suallar yaradır.

KONKRET.az-a açıqlama verən siyasi ekspert bildirib ki, bu bəyanat Rusiya tərəfini məmnun etməyib və rəsmi Moskva  bununla bağlı dəfələrlə Paşinyanı qınaq obyektinə çevirib:

“Təbii ki, Rusiya çox istərdi ki, Qarabağ  mübahisəli ərazi kimi qalsın. Bununla da Rusiyanın bölgəyə  təsir imkanları davam edəcəkdi.  Şübhəsiz ki, Paşinyan bu qərarı öz başına verməyib. Qərar verilərkən Azərbaycanın hərbi, iqtisadi, siyasi gücü və nüfuvzu  bu məsələlərə təsir edib. Paşinyan çox gözəl anlayır ki, bu qərarı verməklə o, Ermənistanı başqa dövlətlərin, xüsusilə də Rusiyanın girovuna çüvrilməkdən xilas edib. Paşinyanın özü  dəfələrlə qeyd edir ki, məhz Qarabağdan Ermənistanı forpost vəziyyətində saxlamaq üçün istifadə olunub.  Bu baxımdan məsələyə yanaşdıqda, Lukaşenkonun Rusiya ilə çox yaxın münasibətlərini biz bilirik. Münasibətlər strateji müttəfiqlik, ittifaq dövləti səviyyəsinə qədər yüksəlib. Amma təbii ki, Lukaşenkonun bu proseslərdə mövqeyi ümumən beynəlxalq hüququn bərqərar olmasından yana olub. Biz onun neçə illər öncə Serj Sarkisyanla da KTKMT toplantısında danışığının məzmununu da bilirik. Lukaşenko hələ o zaman da iki ölkə arasında məsələlərin həllini istəyən tərəf olub”.

Məsələyə bağlı digər ekspertlər də öz mövqelərini bildiriblər. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri  özünün “Facebook” səhifəsində Lukaşenkonun dediklərini şərh edib:

“Paşinyanın siyasətini tənqid edən Lukaşenko Azərbaycana dəstək verdiyini gizlətməyib. Ancaq Lukaşekonun “44 günlük müharibədə uduzduqdan sonra Ermənistan baş naziri Nikol Paşinyan Xankəndinin və bütün Qarabağın faktiki Azərbaycanın ərazisi olduğunu elan edəndə Vladimir Putin və mən heyrətləndik” cümləsini xoş qarşılamaq mümkün deyil. Niyə heyrətləndiz? Bunda qəribə nə var? Paşinyan müharibədə məğlub olduğundan reallıqla barışıb və Qarabağın Azərbaycan ərazisi olduğunu söyləmək məcburiyyətində qalıb. Lukaşenkodan əvvəl Rusiya Prezidenti Vladimir Putin də bu mövzuya bir neçə dəfə toxunaraq deyib ki, “Qarabağın Azərbaycan ərazisi olduğunu Paşinyan tanıdığından Rusiyanın edəcəyi heç nə qalmadı”. Putinin və Lukaşekonun məntiqlərindən belə çıxır ki, birincisi, Paşinyan müharibədə məğlub olmasına baxmayaraq, gərək Qarabağı Azərbaycan ərazisi kimi tanımayaydı, ikincisi o Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Moskva və Minskdən daha çox dəstək alardı. Yəni demək istəyirlər ki, Paşinyan Azərbaycanın işini asanlaşdırıb. Elə buna görə də, nə Kremlə, nə də Minskə etibar etmək olar”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*