Xaçmaz rayon sakini, 1985-ci il təvəllüdlü Cəmil qohumu Azaya qarşı dələduzluq edib.
KONKRET.az Demokrat.az-a istinadən xəbər verir ki, Cəmil Azayın etibarından sui istifadə edib, onun arvadına, baldızına və qohumuna 2-ci qrup əlilliklə bağlı təqaüd düzəldəcəyini yalan vəd verib.
Aldatma yolu ilə 25 noyabr 2020-ci ildə günorta saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Shaurma” adlanan restoranda 7500 manat məbləğində pulunu alaraq ələ keçirib.
İstintaq orqanı tərəfindən Cəmilin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Azayı tanıyıb, onlarla qohumluq münasibətləri olub, ədavət və ya düşmənçiliyi olmayıb: “Yaşadığım Xaçmaz şəhərində müxtəlif işlərlə, yəni bəzən əkinçilik, bəzən isə alverlə məşğul olaraq dolanışığımı təmin etmişəm. Təxminən 2020-ci ilin noyabrın əvvəllərində qohumlarım Elnarə və Arzu Xaçmaz şəhərinə qaynatam, yəni dayım Ramazanın evinə qonaq gəldilər. Orada söhbət edən zaman Arzu və Elnarə əlilliklə bağlı pensiya düzəltdirmək istədiklərini və buna görə hörmət edəcəyini dedilər. Mən də Elnarə və Arzuya tanışlarımın olduğunu, bu işdə onlara köməklik göstərə biləcəyini dedim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Elnarə və Arzu bir-iki gün Xaçmaz şəhərində qaldıqdan sonra yaşadıqları Sumqayıt şəhərinə gediblər: “Mənimlə əlaqə saxlayacaqlarını dedilər. Elnarə və Arzu Sumqayıt şəhərində olan zaman Elnarə ilə telefonla əlaqəsi saxladım. Elnarə mənə qohumları Esmiranın da əlilliklə pensiya düzəltdirmək istədiyini dedi. Mən də Elnarəyə sənədlərinə baxandan sonra dəqiq sözdeyə biləcəyimi dedim. Elnarə isə mənə bacısı Arzunun sənədlərini göndərdi. Həmin sənədləri tanıdığım həkimə göstərəndə, həmin həkim mənə sənədlərə görə pensiya düşdüyünü dedi. Mən də bu barədə Elnarəyə dedim və onlar görüşmək qərarına gəldik”.
Cəmil bildirib ki, təxminən 2020-ci ilin noyabrın axırlarında Elnarə, Arzu və Esmira Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Shaurma” adlanan restoranda görüşüblər: “Elnarə, Arzu və Esmira mənə əlillik üçün sənədlərinin surətlərini verdilər. Mən də həmin sənədləri götürərək yaşadığım Xaçmaz şəhərinə gəldim və yenə də tanıdığım həkimə göstərdim. Həkim həmin sənədlərə görə pensiya düşdüyünü dedi. Bundan sonra yenə də Elnarə ilə əlaqə saxladım və işlərinin düzəlməsi üçün hər birinin 3000 manat pul verməli olduqlarını dedim. Onlar ilkin olaraq hər biri 2500 manat, işləri düzələndən sonra isə əlavə olaraq 300 manat verəcəklərini dedilər. Yenə də həmin “Shaurma” restoranında görüşmək qərarına gəldik”.
Cəmilin bildirdiyinə görə, təxminən noyabrın 25-də, günorta saatlarında Elnarə, Esmira, Arzu və Elnarənin əri Azayla “Shaurma” restoranında görüşüblər: “Orada Azay mənə 7500 manat verdi. Həmin şəxslərə işlərini ən qısamüddətdə düzəldəcəyimi dedim. Həmçinin onlardan notarial qaydada təsdiq edilmiş etibarnamə də aldım ki, adlarından müvafiq sənədləşmə işlərini apara bilim. Həmin şəxslərin pensiya məsələsini düzəltmək üçün müxtəlif qurumlara müraciət etsəm də, işlərini düzəldə bilmədim. Həmin müddət ərzində də Azayın mənə vermiş olduğu 7500 manatın bir hissəsini xurma alverinə, bir hissəsini isə şəxsi ehtiyaclarıma xərclədim. Sonralar Elnarə və digərləri işlərinin nə üçün gecikdiyini soruşdular. Tezliklə düzələcəyini dedim. Halbuki ümid etdim ki, xurma alveri yaxşı gedəndən sonra onların pulunu qaytararam. Lakin alver yaxşı olmadığından Azayın pulunu qaytara bilmədim. Azay mənə vermiş olduğu pulu tələb edəndə isə vaxt qazanmaq məqsədi ilə ona müxtəlif bəhanələr dedim”.
Cinayət işi üzrə zərərçəkmiş Azayın sözlərinə görə, təqsirləndirilən şəxs onun arvadı Elnarənin dayısı oğludur, onunla ədavət və ya düşmənçiliyi olmayıb: “Arvadım Elnarə uzun müddətdir ki, yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkdiyindən müxtəlif xəstəxanalarda bununla bağlı müalicə alıb. Müalicə zamanı həkimlər bizə deyiblər ki, Elnarənin xəstəliyi iləbağlı 2-ci qrup əlilliklə pensiya ala bilər. Buna görə də biz Elnarənin pensiya alması üçün bildiyimiz lazım olan sənədləri topladıq. Təxminən 2020-ci ilin noyabrın əvvəllərində Elnarə bacısı Arzu ilə Xaçmaz rayonunda yaşayan dayısı Ramazanın evinə qonaq getdilər. Oradan gələndən sonra Elnarə dedi ki, dayısının kürəkəni Cəmil ilə orada söhbət edib, bu zaman Cəmilə bu barədə deyib və kömək istəyiblər. Cəmil də onlara maraqlanaraq kömək edəcəyini dedi. Həmin vaxt Cəmilə hörmət də ediləcəyini deyib.Cəmil də onların pensiya işlərini düzəldə biləcəyini bildirib. Sonralar isə Cəmil arvadıma zəng vuraraq sənədlərinin surətini istədi, Elnarə də Cəmilə sənədlərin şəkilini atandan sonra pensiya düzəltdirə biləcəyini dedi”.
Zərərçəkmiş şəxs qeyd edib ki, təxminən 2020-ci ilin noyabrın əvvəllərində Elnarə, Arzu və Elnarənin bibisi qızı Esmira“Shaurma” adlanan restoranda Cəmil ilə görüşüblər: “Orada Cəmil sənədlərə baxdı, onların hər üçünə də 2-ci qrup əlillik düzəltdirə biləcəyini bildirdi. Həmçinin Cəmil dedi ki, pensiya ilə bağlı müvafiq sənədlərə görə ona hər biri 3000 manat verməlidirlər. Razılığa gəliblər ki, ilkin olaraq hər biri Cəmilə 2500 manat, pensiya aldıqdan sonra isə əlavə olaraq 300 manat verəcəklər. Esmira və Arzu bubarədə mənə bildirdilər. Pullarının olmadığını dedilər və məndən xahiş etdilər ki, onların da əvəzinə hər birinə görə 2500 manat borc olaraq verim, pensiya aldıqdan sonra mənə qaytaracaqlar. Mən də etiraz etmədim. Arzu və Esmira ilə razılaşdım”.
Azayın ifadəsinə görə, təxminən2020-ci ilin noyabrın əvvəllərində Arzu, Elnarə və Esmira ilə birlikdə “Shaurma’’ restoranında Cəmil ilə görüşüblər: “Arzu, Esmira və Elnarəyə görə Cəmilə ümumilikdə 7500 manat verdim. Cəmil pulu aldıqdan sonra bizə vəd verdi ki, ən geci2021-ci ilin fevralında artıq pensiya kartlarını almış olacağıq. Cəmil fevral ayına kimi arabir bizimlə əlaqə saxladı, işlərimizin düzələcəyini dedi. Lakin Cəmilin dediyi vaxt çatanda işlərinin yubandığını gördük. Cəmil ilə tez-tez əlaqə saxlamağa vəişləri barədə maraqlanmağa başladıq. Cəmil isə hər dəfə bizə müxtəlif bəhanələr gətirərək işlərimizin tezliklə düzələcəyini və pensiya alacağımızı dedi. Cəmilin bizi aldatdığını başa düşdüm. Cəmil ilə əlaqə saxlayaraq vermiş olduğu pulu tələb edəndə isə əvvəlcə Cəmil həmin pulun 4000 manatını qaytaracağını dedi. Cəmilin dediyi vaxtkeçəndən sonra isə biz yenə də əlaqə saxladıq. Həmişəki kimi Cəmil müxtəlif bəhanələr gətirərək bizi aldatmağa başladı. Bir müddətdən sonra isə Cəmil Elnarə, Arzu və Esmiran tibbi sənədlərini taksi ilə göndərdi. Başa düşdük ki,Cəmil sənədləri heç kimə verməyib. Cəmilin məqsədi bizi aldadaraq pulumuzu ələ keçirtmək oldu. Dəfələrlə Cəmildən vermiş olduğumuz pulu tələb etsək də, Cəmil məni aldadaraq pulu qaytarmadı”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Cəmil 1 il 11 ay 29 gün azadlıqdan məhrum edilib.
