Polis vertolyotu qəzaya uğradı – 3 ölü, 1 yaralı – VİDEObackend

Polis vertolyotu qəzaya uğradı – 3 ölü, 1 yaralı - VİDEO

Taylandın cənubundakı Praçuapxirikxan əyalətində, Nong Kok kəndi yaxınlığında polisə məxsus Bell 212 vertolyotu qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub, bir nəfər isə paraşütlə vertolyotdan tullanaraq sağ qalıb. Onun vəziyyəti barədə məlumat hələlik dəqiqləşdirilir.

Məlumata görə, qəzanın əsas səbəbi uçuş zamanı yaranan texniki nasazlıq olub.

Vertolyot Kançanaburi əyalətinin polis aviasiya bölməsinə məxsusdur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*