Prezident Administrasiyasında KADR DƏYİŞİKLİYİ – FOTOLARbackend

Prezident Administrasiyasında KADR DƏYİŞİKLİYİ - FOTOLAR

Prezident Administrasiyasında kadr dəyişikliyi baş verib.

KONKRET.az xəbər verir ki, Hüseyn Şərif oğlu Mövsümov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilati məsələləri şöbəsi müdirinin müavini vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2017-ci ilin mayın 31-də təyin edilmişdi.

Onun yerinə isə Gədəbəy Rayon İcra Hakimiyyyətinin sabiq başçısı İbrahim Mustafayev təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.

Yeri gəlmişkən, Hüseyn Şərif oğlu Mövsümov Aqiyə Naxçıvanlının həyat yoldaşıdır.

Hüseyn Şərif oğlu Mövsümov
Hüseyn Şərif oğlu Mövsümov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*