Prezident bəzi fərmanlarda edilən dəyişikliyi təsdiqlədibackend

Prezident bəzi fərmanlarda edilən dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

KONKRET.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1356) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.2-ci yarımbəndində “2025-ci” sözləri “2027-ci” sözləri ilə əvəz edilsin.

2. “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2021, № 10, maddə 1099 (Cild I) 2.1-ci bəndində “2025-ci” sözləri “2027-ci” sözləri ilə əvəz edilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*