Prezidentdən pensiyaların artırılması ilə bağlı SƏRƏNCAMbackend

Prezidentdən pensiyaların artırılması ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Səbinə
    Fevral 5, 2021 - 18:09

    Maaşlar nə vaxt artacaq ?

  • Həsənov Ələsgər Abış oğlu
    Fevral 5, 2021 - 20:21

    Xəbərlərdə, pensiyaların artımı əvvəlcə 2.8 % olması getdi. Sonradan həmin məlumatı sildilər və artımın 11.4% olması barədə məlumat yerləşdirdilər. Bu cür səhv necə baş verə bilər?

Həsənov Ələsgər Abış oğlu üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*