“Putinlə danışırıq, telefonu qapatdıqdan sonra raketlər Kiyevə düşür” – Trampbackend

“Putinlə danışırıq, telefonu qapatdıqdan sonra raketlər Kiyevə düşür” - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlar barədə danışıb. O bildirib ki, Putinlə Ukraynadakı vəziyyətin həlli yolları haqqında tez-tez müzakirələr aparır.

KONKRET.az xəbər verir ki, Tramp bu danışıqlardan sonra tez-tez eyni ssenarinin təkrarlanmasından narahatlığını ifadə edib: “Putinlə çox danışıram, necə bu müharibəni dayandırmaq olar – bunu müzakirə edirik. Həmişə də söhbətdən sonra deyirəm ki, yaxşı danışıq oldu. Amma sonra – ya Kiyevə, ya da başqa bir şəhərə raketlər atılır. Bu qəribədir. Üç-dörd dəfə belə olduqdan sonra anladım ki, dediyiniz kimi, bu danışmaların heç bir əhəmiyyəti yoxdur.”

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*